• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0177

Kremldən Kadırovun səhhətilə bağlı yayılan xəbərlərə REAKSİYA

DÜNYA

18 Sentyabr 2023 | 13:25

Kremldən Kadırovun səhhətilə bağlı yayılan xəbərlərə REAKSİYA

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasının məsələsi olmadığını söyləyib.

Peskov Çeçenistan rəhbərinin ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini də əlavə edib.

Qeyd edək ki, Rusiyanın teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayıb.


SON XƏBƏRLƏR

24 Sentyabr 2023