• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kremldən Ukrayna-Rusiya sülh danışıqlarına REAKSİYA

DÜNYA

20 Dekabr 2023 | 14:49

Kremldən Ukrayna-Rusiya sülh danışıqlarına REAKSİYA

Hazırda Ukrayna ilə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, danışıqlar məsələsi aktual deyil: “Biz dəfələrlə demişik ki, danışıqlar üçün zəmin yoxdur”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026