• Bakı 14° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

KTMT-dən sülhməramlıların Qarabağdan çıxarılmasına MÜNASİBƏT 

Gündəm

22 Aprel 2024 | 12:40

KTMT-dən sülhməramlıların Qarabağdan çıxarılmasına MÜNASİBƏT 

Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz resursları var.

Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) baş katibi İmanqali Tasmaqambetov deyib.

Baş katib vurğulayıb ki, hazırda Qarabağ ərazisi Azərbaycanın nəzarəti altındadır, sülhməramlıların mövcudluğu və ya çıxarılması məsələsi birtərəfli qaydada həll olunmur. 

Tasmaqambetov əlavə edib ki, Qarabağda sabitlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır.

"Rusiya sülhməramlıları təxminən dörd illik missiyadan sonra Qarabağı tərk edirlər. Qoşunların çıxarılması Bakı və Moskvanın qərarı ilə vaxtından əvvəl baş verir". 

Günəş Mərd 


SON XƏBƏRLƏR