• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ

CƏMİYYƏT

19 Oktyabr 2021 | 14:48 | Müəllif: Subhan Mahmudov

Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda döyülmüş halda tapılan azyaşlı uşaqla bağlı məsələyə aydınlıq gətirib.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində azyaşlı oğlan uşağı aşkar edilərək Rayon Polis Şöbəsinə gətirilib:

“Araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib. Azyaşlı himayəsində yaşadığı bibisinə təhvil verilib”.

Qeyd edək ki, yayılan məlumatlara görə, tapılan uşağın anası və atası tərəfindən döyülərək küçəyə atıldığı iddia edilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026