• Bakı 20° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Kürdə batan atanın meyiti aşkarlandı: Qızının axtarışları davam edir - VİDEO - YENİLƏNİB

HADİSƏ

19 Aprel 2024 | 08:33

Kürdə batan atanın meyiti aşkarlandı: Qızının axtarışları davam edir - VİDEO - YENİLƏNİB

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun cəsədi çayın Zərdab rayonu, Pərvanlı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 5 km uzaqlıqda FHN-Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumata görə, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Nazirliyin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

08:21

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Bakıvaxtı.az-a  FHN-dən bildirilib.

Məlumata görə, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

01 May 2024