• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kürdəmirdə piyadanı vurub qaçmaq istəyən sürücü saxlanılıb

HADİSƏ

16 Sentyabr 2021 | 00:20 | Müəllif: Subhan Mahmudov

Kürdəmirdə piyadanı vurub qaçmaq istəyən sürücü saxlanılıb

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan “QAZel” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Ağabalıyev Hacı Adil oğlunu vurub.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. “QAZel”in sürücüsü hadisə yerindən yayınmaq istəsə də onun niyyəti baş tutmayıb. YPX-nin əməkdaşları onu saxlayaraq, məsuliyyətə cəlb ediblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026