ABŞ Müdafiə Nazirliyi Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsinə təşkil etdiyi hücumların bölgədə gərginliyi artırmadığını müdafiə edib.
Bakıvaxtı.az bu barədə qurumun yaydığı bəyanata istinadla xəbər verir.
Nazirliyin mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Ukraynanın özünü müdafiə etmək üçün Kurskda hərəkətə keçdiyini bildirən Sinq bu hücumların bölgədəki gərginliyi artırmadığını iddia edib.
Pentaqon əməkdaşı ABŞ-nin uzaq məsafəli hücumları dəstəkləmədiyini vurğulayıb.
Bildirilib ki, Ukraynanın Kurskdakı hücumlarının daha çox atışma xarakteri daşıdığını və bunun ABŞ-nin siyasi xəttinə zidd olmadığını qeyd edib.
Əli Hüseynov