• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür

Gündəm

23 Aprel 2024 | 02:57

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür

2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bakıvaxtı.az xəbər verir ki, yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.

Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.


SON XƏBƏRLƏR

26 Iyul 2024