• Bakı 26° C

    0.25 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Laçın və Füzulidə kiçik bizneslər yaradılıb

CƏMİYYƏT

07 Mart 2025 | 16:25

Laçın və Füzulidə kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Qeyd edilib ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.


SON XƏBƏRLƏR

08 Iyun 2025