• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Laçın-Xankəndi yolu: Aksiya gecə də davam edir

CƏMİYYƏT

26 Yanvar 2023 | 22:26 | Müəllif: Subhan Mahmudov

Laçın-Xankəndi yolu: Aksiya gecə də davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da coşqu ilə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 46 gündür davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026