Eko-aktivistlərin Laçın-Xankəndi yolunda keçirdikləri aksiya 16 gündür davam edir.
Aksiya iştirakçılarının Bakıvaxtı.az-a bildirilib ki, havanın şaxtalı olmasına baxmayaraq, gecə saatlarında da iştirakçıların fəallığı müşahidə olunub. Yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırılıb, şüarlar səsləndirilib.
Səhər saatlarında aksiya iştirakçıları Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyası keçirir.
Aytac Aslan
















