• Bakı 14° C

    2.62 m/s

Laçın-Xankəndi yolu: Aksiyanın 43-cü günüdür

SİYASƏT

23 Yanvar 2023 | 08:40 | Müəllif: Qalib İbrahimoğlu

Laçın-Xankəndi yolu: Aksiyanın 43-cü günüdür

Azərbaycanlı ekofəalların və QHT təmsilçilərinin Laçın-Xankəndi yolunda aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki. aksiyadan 43 gün keçir.

İştirakçılardan aldığımız məlumata görə,  havanın şaxtalı olmasına baxmayaraq, aksiya səhərə qədər davam etdirilib.

Aksiya iştirakçıları növbəti günə adəi üzrə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən aksiya 2022-ci ilin dekabrın 12-dən başlayıb.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026