NATO qoşunlarının iştirakı ilə Namejs kompleks hərbi təlimi 2 sentyabr - 8 oktyabr tarixlərində Latviyada keçiriləcək.
Bakıvaxtı.az "Baltnews"a istinadən xəbər verir ki, Latviya Silahlı Qüvvələri ilə NATO heyəti arasında növbəti təlimlər Baltikyanı respublikanın hər yerində keçiriləcək.
Təlimlərdə Latviya, Kanada, ABŞ, Estoniya, Litva və digər ölkələrdən təxminən 12 000 hərbçi iştirak edəcək.
Latviyanın şərq bölgələrində, o cümlədən sərhəd yaxınlığında dron uçuşlarının artması gözlənilir.
Gülşən Şərif




