• Bakı 25° C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Lavrov misirli həmkarı ilə Alyaska görüşünün nəticələrini müzakirə etdi

DÜNYA

19 Avqust 2025 | 20:02

Lavrov misirli həmkarı ilə Alyaska görüşünün nəticələrini müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Misir xarici işlər naziri Badr Abdel Ati arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin əsas nəticələri barədə müzakirə aparıb.

Nazirlər eyni zamanda Yaxın Şərq məsələlərini, xüsusən də Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər. Qəzza sektorunda döyüşlərin dərhal dayandırılması və Fələstin anklavına fasiləsiz humanitar yardımın çatdırılması zərurəti xüsusi olaraq vurğulanıb.


SON XƏBƏRLƏR