Llisenziyası ləğv edilmiş “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkən şəxsin vəkili vəsatət verərək təqsirləndirilən İlham Abbasovun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini xahiş edib.
Vəsatət təmin edilməyib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 26-na təyin edilib.
Təqdirləndirilən şəxslər 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunurlar.
Polisin apardığı istintaqla İlham Yusifovla İlham Abbasovun bu cinayət əməlini törətməkdə əlbir olduqları müəyyən edilib.
İlham Abbasov dəymiş 362 min manat ziyandan 102 min manatı ödəyib.
İslam Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), İlham Abbasov barəsində isə 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə yekun ittihamı elan olunub.
İslam Yusifov barəsində həbs qətimkan tədbiri, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
“Texnikabank” ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsəməkdə, oğlu İslam Yusifov isə eyni iş üzrə dələduzluqda təqsirli bilinib. Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər, əmlakları müsadirə edilib.
Bakı 



