Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Lənkəran-Astara Təhsil İdarəsindən məlumat verilib.
Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.
Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılmış, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilmiş, onları narahat edən suallara aydınlıq gətirilmişdir.
Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcəkdir.