• Bakı 22° C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq

CƏMİYYƏT

04 Iyun 2025 | 09:51

Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq

"Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə işlərə başlanılıb.

Bakıvaxtı.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə istinadən xəbər verir.

Məlumata görə, layihəyə uyğun olaraq asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, o cümlədən, istənilən növ qruntun qazılması , yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, o cümlədən mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi nəzərdə tutulur. Bu işlərə 50 milyon manat xərclənməsi planlaşdırılır.


SON XƏBƏRLƏR

05 Iyun 2025