• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Lənkəranda arvadını bıçaqlayan şəxsə hökm oxundu

HADİSƏ

24 Iyul 2025 | 13:47

Lənkəranda arvadını bıçaqlayan şəxsə hökm oxundu

Lənkəranda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Sarvan Tahirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Sarvan Tahirov cinayət əməlini törətməkdə təqsirli bilinib və ona qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Lənkəran rayonunda baş verib. Məlumata görə, 1973-cü il təvəllüdlü Sarvan Tahirov yaşadıqları evdə aralarında mübahisə zamanı 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüsüynovanı bıçaqlayıb.
    Faktla bağlı cinayət işi başlanılıb.

    Sarvan Tahirova Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və 228.4-cü ( Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.


    SON XƏBƏRLƏR