• Bakı 20° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Levandovski "Barselona" ilə razılığa gəldi

İDMAN

11 Aprel 2022 | 18:51 | Müəllif: Subhan Mahmudov

Levandovski "Barselona" ilə razılığa gəldi

Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski İspaniya "Barselona"sı ilə şəxsi müqaviləsini razılaşdırıb.

Bakıvaxtı.az "Interia Sport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu cari mövsümün sonunda Kataloniya təmsilçisi ilə 3 illik sözləşmə imzalayacaq.

Fransanın PSJ, İngiltərənin "Mançester Siti" və "Liverpul" klubları ilə də danışıqlar aparan təcrübəli forvard maliyyə şərtlərinə görə sözügedən komandaların təklifini qəbul etməyib.

Daha əvvəl Levandovskinin Münhen klubunun rəhbərliyə ilə münasibətlərinin korlandığı və bu səbəbdən futbolçuya cəmi 1 illik müqavilə təklif olunduğu bildirilib.

Qeyd edək ki, Robert Levandovskinin "Bavariya" ilə 2023-cü ilin yayınadək sözləşməsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026