Almaniya Bundesliqasının 13-cü həftəsinin oyunları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, “Bayer Leverkuzen” öz meydanında “Dortmund Borussiya”sı ilə 1:1 hesablı heç-heçə edib. Matçın 5-ci dəqiqəsində Julian Ryerson dortmundluları hesabda irəli çıxarıb. 79-cu dəqiqədə ev sahiblərinin heyətində Viktor Bonifas hesabı bərabərləşdirib və matç bu hesabla başa çatıb.
Xabi Alonsonun yetirmələri bu mövsüm Bundesliqada 13, UEFA Avropa Liqasında 5 və Almaniya Kubokunda 2 olmaqla ümumilikdə 20 oyun keçirib, 18 qələbə və 2 heç-heçə əldə ediblər.
Mövsümə məğlubiyyətsiz davam edən leverkuzenlilər sözügedən yarışlarda 65 dəfə qol sevinci yaşasa da, qapılarında 15 qol görüblər.
Ziyafət Əlisoy