• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Liderlər Şuşadan dünyaya hansı mesajlar verdi? - Deputatdan açıqlama 

GÜNDƏM

16 Iyun 2021 | 12:21

Liderlər Şuşadan dünyaya hansı mesajlar verdi? - Deputatdan açıqlama

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri gücləndirəcək və sürətləndirəcək. Bu günə kimi ölkələr arasında əməkdaşlıq vardı. Amma sözügedən bəyannamə bu ölkələrə təcavüz olacağı halda bir-birinə dəstək göstərməsi kimi mühüm mesajları əhatə edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputatın sözlərinə görə, bir müddətdir ki, Ermənistan tərəfi müxtəlif revanşist bəyanatlarla çıxış edir: “Yenidən Şuşanın işğal edəcəyi, bu şəhərin Azərbaycandan ayrılması barədə fikirlərin səsləndirilməsinin şahidi oluruq. 

Türkiyə tərəfindən bir daha mesaj verildi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və heç zaman ermənilərin yenidən təxribat törətməsinə imkan verməyəcək. Azərbaycana öz dəstəyini əsirgəməyəcək. İki qardaş ölkə beynəlxalq platformalarda birgə əməkdaşlığını və fəaliyyətini davam etdirəcək. Zəngəzur dəhlizinin açılması məsələsi öz həllini tapacaq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026