• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Xəzərdə bədbəxt hadisə - Ölən var

HADİSƏ

19 Noyabr 2024 | 13:05

Xəzərdə bədbəxt hadisə - Ölən var

Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb. 

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs həyatını itirib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiqləyib.

O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.

"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026