• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

İQTİSADİYYAT

20 May 2022 | 11:34

Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Dollar bahalaşır, türk lirəsinin məzənnəsi isə günü gündən düşür. Lirənin ucuzlaşmasına səbəb nədi? Proses hansı problemlərə yol aça bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, türk lirəsinin dəyərdən düşməsinə əsas iki səbəb təsir edir: “Birincisi, qlobal amildir. Dünyada dollar indeksi çox sürətlə bahalaşır. ABŞ Federal Ehtiyat Sistemi faiz və uçot dərəcəsini artırdıqca dolların çəkisi də yüksəlir. Son zamanlar dollar indeksi 104 funta qədər bahalaşıb. Bu, dolların bir çox valyutalara, o cümlədən türk lirəsinə qarşı güclənməsinə səbəb olur”.

Onun sözlərinə görə, ikinci səbəb isə geosiyasi amillərlə bağlıdır. Ekspert deyir ki, NATO-nun genişlənməsi ilə bağlı Türkiyənin veto qoyacağı fikri Qərblə münasibətlərin yenidən pisləşəcəyi ehtimalını formalaşdırır: “Bu proqnoz investorlara mənfi təsir göstərib. Artıq investorlar dollar almağa can atır”.

N.Cəfərli bildirib ki, ölkədə rəqabətli mühitin olmaması fonunda lirənin ucuzlaşması hansısa ciddi təsirə malik deyil: “Lirənin dollara nisbətdə ucuzlaşması baş versə də, Azərbaycanda dollar sabit şəkildədir. Ona görə də Türkiyədən ölkəmizə gətirilən məhsulların qiymətində müəyyən ucuzlaşma baş verməlidir. Təəssüf ki, bu ucuzlaşma yaşanmır. Lirənin ucuzlaşması bazara birbaşa təsir göstərmir. Əgər normal rəqabətli mühit olsaydı, türk məhsullarında qiymətlərin ucuzlaşması baş verə bilərdi”.

Aytac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024