• Bakı 27° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Lisey və gimnaziyalara hazırlaşanların NƏZƏRİNƏ!

CƏMİYYƏT

13 Iyul 2026 | 18:18

Lisey və gimnaziyalara hazırlaşanların NƏZƏRİNƏ!

Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti 1 gün uzadılıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər.

Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan olunacaq. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.

Lisey və gimnaziya seçimləri şəxsi kabinetdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum üç lisey seçə bilərlər. Üç lisey seçilməsi məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmələri tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR