• Bakı C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi

DÜNYA

02 Mart 2026 | 15:48

Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi

Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib.

Bakıvaxtı.az "Al Arabiyya" telekanalına istinadən xəbər verir ki, hökumət Hizbullahın bütün ölkə ərazisində silahlı fəaliyyətinə qadağa qoyub.

Livan beynəlxalq dəstək əsasında mülki ekspertlərin iştirakı ilə İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

Baş nazir Nəvaf Salam legitim qurumlardan başqa Livanda hər hansı hərbi fəaliyyətə qarşı olduğunu vurğulayıb.

“Biz Hizbullahın hərbi fəaliyyətini qadağan edirik və onun rolunu sadəcə siyasi sfera ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan da bunu həyata keçirmələrini tələb edirik”, - Baş nazir bildirib.

Nəvaf Salam başçılıq etdiyi hökumətin İsrail və Livan arasında 2024-cü ildə əldə olunmuş razılaşmaya sadiq olduğunu diqqətə çatdırıb./APA


SON XƏBƏRLƏR