• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Livana hücumlar davam edir - Hizbullah...

CƏMİYYƏT

10 Iyun 2026 | 11:51

Livana hücumlar davam edir - Hizbullah...

İsrail Livanın cənubuna hava zərbələrini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, Livan mətbuatının yaydığı məlumata əsasən, İsrail hərbi təyyarələri gecə saatlarında ölkənin cənubunda yerləşən bir sıra yaşayış məntəqələrinə hava zərbələri endirib.

Məlumata görə, Nəbatiyyə vilayətinin Kəfr Dunin qəsəbəsi, həmçinin Sayda şəhərinə bağlı Bənaful bölgəsi hücumların hədəfi olub. Bundan əlavə, İsrail ordusunun Qərbi Bəkaa bölgəsindəki bəzi yaşayış məntəqələrini artilleriya atəşinə tutduğu bildirilib.

İsrail ordusu isə yaydığı açıqlamada Livanın cənubundakı müxtəlif ərazilərdə “Hizbullah”a məxsus olduğu iddia edilən infrastruktur obyektlərinə qarşı əməliyyatların davam etdirildiyini bəyan edib.

Qeyd edək ki, İsrail və Livan arasında bir neçə dəfə atəşkəs razılaşması əldə olunsa da, tərəflər arasındakı gərginlik tam aradan qalxmayıb. Atəşkəs razılaşmalarına baxmayaraq, İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlarını davam etdirir.

Dünya Balakişiyeva,
BDU-nun Jurnalisitka fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026