• Bakı 26° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

"Liverpul"un baş məşqçisi: "Qarabağ"la oyunumuz asan olmayacaq

İDMAN

28 Avqust 2025 | 23:33

Liverpulun baş məşqçisi: Qarabağla oyunumuz asan olmayacaq

"Bizim üçün çox çətin rəqiblər oldu, lakin bunun belə olacağını bilirdik, çünki UEFA Çempionlar Liqasında, xüsusən də yeni formatda, asan püşkatma deyə bir şey yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot püşkü dəyərləndirərkən deyib.

Niderlandlı mütəxəssis İspaniya "Real Madrid"i ilə evdə keçiriləcək matçın xüsusi olacağını söyləyib: "Ötən mövsüm onlarla oyunumuz yaddaqalan oldu. Mən bu dəfə də eynisini gözləyirəm. Əminəm ki, bizim matçı bütün dünya izləyəcək".

O, "Qarabağ"ı və digər rəqiblərlərini də dəyərləndirib: "Ardıcıl iki il Niderland çempionu olan PSV-yə qarşı səfərdə oynamaq bizim üçün xoş olacaq. Eyni şey Türkiyədə ardıcıl üç titul qazanan “Qalatasaray” və Azərbaycan çempionu “Qarabağ” üçün də keçərlidir. “İnter", "Atletiko Madrid", "Ayntraxt Frankfurt" və "Marsel" kimi komandalara qarşı da oynamaq bu turnirin rəqabətinin gücünü göstərir. Əsas mərhələdəki oyunlarımızın heç biri asan olmayacaq".


SON XƏBƏRLƏR

28 Avqust 2025