• Bakı 25° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

CƏMİYYƏT

26 Avqust 2026 | 00:01

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

25 avqust tarixində Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən “Lufthansa” aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.

“Boeing 787 tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub”, - deyə əlavə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026