Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşündə Kaxovka su elektrik stansiyasının partladılması ilə bağlı danışıb.
Bakıvaxtı.az xəbər verir ki, Belarus lideri Kaxovka SES-in partladılmasında Ukrayna tərəfini günahlandırıb.
"Yəqin ki, Kaxovka Su Elektrik Stansiyasını kimin partlatdığını təxmin edə bilərsiniz. Belə bir deyim var: oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bu barədə ilk bağıran kim olub? Aydındır ki, Ukrayna tərəfinə iki yüzə yaxın zirehli texnikanın məhv edildiyi və 2 mindən çox insanın həlak olduğu üç günlük “əks-hücum”u gizlətmək lazım idi. Ona görə də, Kaxovka, Kaxovka qışqırırlar, amma heç kim əks-hücum zamanı itkilər barədə danışmır", deyə Lukaşenko vurğulayıb.