• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Lukaşenko Trampı təbrik edib - Sülh sazişinə görə

SİYASƏT

22 Avqust 2025 | 21:56

Lukaşenko Trampı təbrik edib - Sülh sazişinə görə

Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla söhbətində onu Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sazişlərin imzalanması münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus lideri jurnalistlərlə söhbətində deyib.

“Mən onu Ermənistan və Azərbaycanla bağlı təbrik etdim. Axı bu, böyük müsbət haldır. Mən ki, Zəngəzur dəhlizinin nə olduğunu bilirəm. Bunu (Naxçıvanı – Qeyd) Azərbaycanla birləşdirmək həqiqətən lazım idi. Bu sülh müqaviləsidir. Onlar (ABŞ – Qeyd) bu dəhlizin Ermənistan ərazisindən keçməsinə kömək edəcəklər. İki ərazi olacaq. Azərbaycan öz bölgəsi ilə (Naxçıvana - Qeyd) təkcə hava yolu ilə bağlı deyil. O (Tramp - Qeyd) buna layiq idi. Mən də onu təbrik etdim”.

Yada salaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişi paraflayıblar.


SON XƏBƏRLƏR

22 Avqust 2025