• Bakı C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Luvr muzeyi fəaliyyətini dayandıra bilər

DÜNYA

12 Dekabr 2025 | 12:08

Luvr muzeyi fəaliyyətini dayandıra bilər

Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr Milad bayramı ərəfəsində bağlana bilər. 

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb muzeyin işçilərinin tətil elan etməyə hazırlaşmasıdır.

Belə ki, artıq muzeyin təxminən 200 əməkdaşı 15 dekabrdan etibarən müddətsiz tətilə başlamağı yekdilliklə dəstəkləyib. 

Fransanın Mədəniyyət Nazirliyinə təqdim edilən bəyanatda onlar binada təcili olaraq yenidənqurma işlərinin aparılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Əgər Luvrun 2100 əməkdaşının hamısı etirazı dəstəkləyərsə, muzey fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. 


SON XƏBƏRLƏR

11 Dekabr 2025