Macarıstanın yeni hökuməti miqrasiya qaydalarına riayət etməkdən imtina etdiyinə görə Avropa İttifaqından gündə 1 milyon avro təzminat tələb edəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Peter Magyar açıqlama verib.
O, bildirib ki, bu məsələni Budapeştdə Avropa Parlamentində ən böyük parlament qrupuna sahib olan millətlərarası Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber ilə görüşdə müzakirə edib.
"Mən Macarıstanın öz sərhədlərini qorumağa davam edəcəyini və yeni Aİ büdcəsini müzakirə edərkən kompensasiya tələb edəcəyimizi açıq şəkildə bildirdim", - deyə Magyar bildirib.
Xatırladaq ki, 2024-cü ilin iyun ayında Aİ Ədalət Məhkəməsi Macarıstana birdəfəlik 200 milyon avro cərimə tətbiq edib və bu qərara əməl edilməməsi üçün hər gecikmə günü üçün 1 milyon avro ödəməyi əmr etmişdi. Cərimə Viktor Orbanın hökumətinin Aİ sığınacaq və miqrasiya qaydalarına riayət etməkdən imtina etməsi və miqrantların ölkədən çıxarılması səbəbindən tətbiq edilmişdi.
Gülşən Şərif




