Avropa İttifaqının (Aİ) Macarıstana təzyiqi ilə əlaqədar MOL neft şirkəti neftin boru kəməri ilə tədarükü üçün alternativ variantları nəzərdən keçirməyə başlayıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə MOL-un vitse-prezidenti Şabolç Pal Sabo məlumat yayıb.
Onun sözlərinə görə, şirkət Odessadan neft kəmərinin bərpasını ən perspektivli variant hesab edir:
"Öncəliklə xammal tankerlərlə şəhər limanına çatdırılacaq, daha sonra Ukrayna neft kəmərinin Drujba kəmərinin cənub hissəsi ilə birləşdirildiyi Brodıya aparılacaq. Bu variant mövcud infrastrukturdan səmərəli istifadə etməyə imkan verəcək".
Gülşən Şərif