• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Macarıstan Ukraynaya 50 milyard dollarlıq kreditin qarşısını aldı

İQTİSADİYYAT

09 Oktyabr 2024 | 11:39 | Müəllif: Gülşən Şərif

Macarıstan Ukraynaya 50 milyard dollarlıq kreditin qarşısını aldı

Avropa İttifaqı (Aİ) və G7 ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə Ukraynaya 50 milyard dollarlıq kredit verilməsi ilə bağlı əldə etdiyi razılaşma Macarıstan tərəfindən bloklanıb. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı Macarıstanın maliyyə naziri Mixay Varga açıqlama verib.

O, G7 və Avropa İttifaqının (Aİ) Ukraynaya ayıracağı 50 milyard dollarlıq kreditlə bağlı yekun qərarın ABŞ-dəki seçkilərin nəticələri məlum olana qədər təxirə salınacağını bildirib.

AB-nin Rusiyaya qarşı sanksiyalarının 6 ay deyil, 36 ayda bir yenilənməsini istəyən Varganın sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsinə ABŞ seçkilərindən sonra qərar verilməlidir:

"Bu, Macarıstanın münasibətidir. ABŞ administrasiyasının hansı istiqaməti seçəcəyini görməliyik. Siz prezident seçkilərinə və namizəd kampaniyalarına baxa bilərsiniz. Çünki bu məsələ ilə bağlı iki tamamilə fərqli yol var. Onlardan biri sülhə, digəri isə müharibənin davam etdirilməsinə yönəlib. Ona görə də hesab edirik ki, bu məsələ ABŞ seçkilərindən sonra həll olunmalıdır. Dondurulmuş aktivlərlə bağlı məhdudlaşdırıcı tədbirlərin müddətinin dəyişdirilməsi ilə bağlı noyabrda yenidən bu məsələyə qayıdacağıq".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026