• Bakı 23° C

    7.26 m/s

  • USD - 1.7

    EUR - 1.6368

    RUB - 0.0296

Macarıstanda ümumtürk Qurultay festivalının açılışı keçirildi

CƏMİYYƏT

14 Avqust 2022 | 21:28

Macarıstanda ümumtürk Qurultay festivalının açılışı keçirildi

Macarıstanda Kişkunşaq milli parkının ərazisində (Buqatsda) türk xalqlarının növbəti beynəlxalq Qurultayı keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu il Qurultayda ev sahibləri ilə yanaşı, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstandan olan nümayəndə heyətləri də iştirak edib. Açılış mərasimində Macarıstan parlamentinin spikeri Laslo Köver, Türkiyənin sabiq Baş naziri və Böyük Millət Məclisinin sabiq spikeri Binəli Yıldırım, Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Əzəmət Jamankulov və digər ali qonaqlar çıxış ediblər.

Beynəlxalq Qurultay festivalı iki ildə bir dəfə keçirilir. Qurultaya Avropanın hər yerindən turistlər gəlir. Bu il Qurultayın 14 yaşı tamam olur. Ötən illərdə olduğu kimi bu il də 100-dən çox alaçıqdan ibarət nəhəng, köçəri düşərgə salınıb. Bu böyük tədbirə teatrlaşdırılmış şou-proqramlar, musiqi tamaşaları, arxeoloji-antropoloji sərgilər, sənətkarların yarmarkası daxildir.

Avropanın mərkəzində yüzdən artıq alaçığı görmək həm çox maraqlı, həm də qeyri-adidir (azərtac). Belə yarmarkalarda ənənəvi suvenirlər, eləcə də orta əsrlərə aid silah-sursat və yaraq-əsləhə almaq mümkündür.

Tədbirin keçirilməsindən əsas məqsəd türk dünyası təmsilçilərinin birləşməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsidir.

Qurultay “Turan-Macarıstan” fondunun təşkilati dəstəyi ilə keçirilir.


SON XƏBƏRLƏR

26 Sentyabr 2022