Macarıstan hökuməti parlamentə 17-ci konstitusiyaya düzəliş layihəsi təqdim edib. Layihədə Prezident Tamaş Şujokun vəzifəsindən getməsi tələb olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar bildirib.
"Bu düzəlişin qəbul edilməsi ilə respublikanın hazırkı prezidentinin səlahiyyət müddəti başa çatacaq. Hazırkı prezident vəzifəsini yerinə yetirmir, Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hakimiyyətin əməllərinə göz yumur. Bu üzdən Şujok vəzifəsində qala bilməz”, - deyə hökumət başçısı Macarıstan televiziya kanallarında yayımlanan video müraciətində bildirib.
P.Magyar Macarıstanda yeni konstitusiyanın hazırlanacağını və daha sonra payızda ümumxalq referendumuna çıxarılacağını bildirib.
Bakı 



