• Bakı 26° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Maduronun zindandan YENİ FOTOSU: Hansı şəraitdə çəkilib?

DÜNYA

02 Sentyabr 2026 | 08:42

Maduronun zindandan YENİ FOTOSU: Hansı şəraitdə çəkilib?

ABŞ-nin yanvarın 3-də keçirdiyi hərbi əməliyyat nəticəsində saxlanılan Venesuelanın keçmiş dövlət başçısı Nikolas Maduronun oğlu Nikolas Maduro Querra ("Nikolasito") atasının həbsdən sonra yayılan ilk fotolarının pərdəarxası məqamlarını açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, X platformasında paylaşım edən Nikolasito bildirib ki, sözügedən fotolar 25 iyunda - Venesuelada 6 mindən çox insanın ölümünə səbəb olan dəhşətli zəlzələlərdən bir gün sonra çəkilib. Zəlzələ xəbərindən sarsılan Maduronun fotosessiya etməyə həvəsi olmasa da, sonradan xalqa güclü və müqavimətli olduğunu göstərmək üçün şəkil çəkdirməyə razılaşıb.

Atasının fotoları poçt vasitəsilə ailəsinə göndərdiyini deyən Nikolasito, avqustun 28-də zəng edən Maduronun diktə etdiyi mesajla birlikdə fotoları 30 avqustda ictimaiyyətə təqdim etdiklərini vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026