• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Magistratura səviyyəsində yeni ixtisaslar tətbiq olunub

CƏMİYYƏT

16 Iyul 2025 | 11:59

Magistratura səviyyəsində yeni ixtisaslar tətbiq olunub

“Magistratura səviyyəsində yeni ixtisaslar tətbiq olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, magistratura səviyyəsində bir sıra yeni ixtisaslar təsdiqlənərək ictimaiyyətə təqdim olunub.

Həmçinin Peşəkar mühasib sertifikasiyası ilə bağlı imtahanların artıq elektron formada keçiriləcəyini deyən Abbaszadə əlavə edib ki, bu imtahanlar iki mərhələdən ibarət olacaq.

“Artıq birinci mərhələnin sınaq versiyası həyata keçirilib və nəticələr ekspertlər tərəfindən təhlil olunub. Sentyabr ayından etibarən bu istiqamətdə rəsmi imtahanlara start veriləcək”, – deyə o bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR