Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında het-trik edib.
Bakıvaxtı.az-ın məlumatına görə, 28 yaşlı hücumçu II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları "Ayntaxt Braunşveyq" kollektivinin qapısından özünün üçüncü qolunu keçirib.
O, 10, 20 və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb.
Hazırda davam edən görüşdə Emrelinin komandası 4:0 hesabı ilə öndədir.
***17:54
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında dubl edib.
Bakıvaxtı.az-ın məlumatına görə, 28 yaşlı hücumçu II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları "Ayntaxt Braunşveyq" kollektivinin qapısından özünün və komandasının ikinci qolunu keçirib.
O, 10-cu və 20-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb.
Hazırda davam edən görüşdə Emrelinin komandası 2:0 hesabı ilə öndədir.
***17:44
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbəti qolunu vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma II Bundesliqanın XXXIV turuna təsadüf edib.
Səfərdə "Ayntaxt Braunşveyq" kollektivi ilə qarşılaşan "Nürnberq"in heyətində hesabı 10-cu dəqiqədə Mahir açıb.
Hazırda davam edən görüşdə Emrelinin komandası 1:0 hesabı ilə öndədir.