• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Mahir Emrelinin də komanası məğlub oldu

İDMAN

18 Fevral 2022 | 02:06 | Müəllif: Qalib İbrahimoğlu

Mahir Emrelinin də komanası məğlub oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Dinamo” Avropa Liqasında pley-off mərhələsinin ilk oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki,  Zaqreb klubu İspaniyada “Sevilya”nın qonağı olub.

Xorvatiya klubunun matçında ilk dəfə “23-lüy”ə salınan Mahir 58-ci dəqiqədə meydanda daxil olaraq, “Dinamo”nun heyətində debüt edib. Həmyerlimiz oyuna qoşulanda komandası hesabda artıq 1:3 geridə idi. Qarşılaşma elə bu hesabla da başa çatıb.

“Dinamo”nun heyətində yeganə qola 41-ci dəqiqədə Mislav Orsiç imza atıb (apasport.az). Ev sahiblərində isə xorvatiyalı İvan Rakitiç 13-cü dəqiqədə hesabı açmaqla həmyerlilərini cəzalandırıb. “Sevilya”nın digər qollarının müəllifi Lukas Okampos (44) və Antoni Marsyal (45+1) olub.

Bu komandalar arasında cavab oyunu fevralın 24-də Zaqrebdə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR