Kantri musiqisinin əfsanəsi Dolli Parton 2045-ci ilə qədər açılmayacaq bir zaman kapsuluna heç vaxt yayımlanmamış bir mahnı yerləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
Parton hələ 2022-ci ilin dekabrında uzun müddət üzə çıxarılmayacaq bir mahnı yazdırdığını açıqlamışdı.
“Bunun məni necə narahat etdiyini təsəvvür edə bilməzsiniz. Gedib onu oradan çıxarmaq istəyirəm! Həqiqətən də çox yaxşı mahnıdır!” – deyə ulduz bildirib.
Müğənni etiraf edib ki, kapsulun açılacağı vaxt – 2045-ci ildə 99 yaşı olacağı üçün, həmin anı görməyə bilər.




