Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa cavab verib.
Bakıvxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, E.Makron Yaponiyaya səfərinin ikinci günündə Yaponiya biznes liderləri və investorları qarşısında çıxış edərkən deyib:
“Proqnozlaşdırıla bilən məsələlərin dəyəri var və biz bunu son bir neçə ildə nümayiş etdirdik. Bir daha təkrarlayıram: biz gedəcəyimiz yeri bilirik”.
Qeyd edək ki, D.Tramp bir gün əvvəl özünün “Truth Social” sosial şəbəkəsində Fransanı tənqid edib: “Fransa hərbi texnika ilə yüklənmiş İsrailə gedən təyyarələrin Fransa ərazisi üzərindən uçmasına icazə vermədi. Fransa uğurla məhv edilən “İran qəssabı” ilə bağlı əməkdaşlıq etmədi. ABŞ bunu unutmayacaq”.
Aydın Baxış
Bakı 




