“Elcanlı” axşam şousunda maraqlı anlar yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, proqramda qonaq qismində çıxış edən rəqqasə Fatimə Fətəliyeva makyajını silib.
Verilişin aparıcısının istəyi ilə bu addımı atan Fatimənin makyajsız görüntüsü isə sosial mediada heç də xoş qarşılanmayıb.
İzləyicilər Fətəliyevanın bu halını bəyənməyiblər. Hətta rəqqasəni təhqir edənlər də olub…
Paylaşıma yazılan şərhlər arasında “Kül başına, Fatimə. Əvvəllər necə də gözəl idin”, “Bəs botoksları kim siləcək”, “Adam qorxur” kimi fikirlər diqqətlərdən yayınmayıb.
Qeyd edək ki, Fatimə Fətəliyeva bir müddət öncə onu təhqir edən izləyicisini məhkəməyə vermişdi. Rəqqasənin bu dəfə hansı addımı atacağı isə hələ ki, məlum deyil.
Ziyafət Əlisoy