• Bakı 20° C

    14.1 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

İQTİSADİYYAT

03 Iyul 2025 | 15:57

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri üç bankında 29 gün müddətinə, 7,25 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


SON XƏBƏRLƏR