• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Hamiləlikdə qidalanma ilə bağlı VACİB MƏQAMLAR

CƏMİYYƏT

18 Fevral 2026 | 15:15

Hamiləlikdə qidalanma ilə bağlı VACİB MƏQAMLAR

"Hamiləlik dövründə düzgün qidalanma həm ananın, həm də dölün sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.

Mütəxəssis vurğulayıb ki, hamiləlik xəstəlik deyil:

“Hamiləlik xəstəlik deyil ki, biz ona bu cür yanaşaq. Bu, fizioloji bir haldır və qadın həyat boyu əksər zaman iki və ya üç dəfə bu dövrü yaşayır. Ona görə də buna normal proses kimi yanaşmaq lazımdır”.

Onun sözlərinə görə, bu dövrdə əsas diqqət qidalanmaya verilməlidir:

“Vitamin tərkibli qidalar mütləq olmalıdır. Meyvə, tərəvəz, ət məhsulları vacibdir. Zülal mütləq lazımdır. Həm heyvan zülalı, həm də bitki zülalı qəbul edilməlidir. Məsələn, lobya, mərcimək bitki zülalıdır, ət, toyuq, yumurta isə heyvan zülalıdır”.

Axundova əlavə edib ki, şirniyyatlara üstünlük vermək doğru deyil:

“Biz tam şəkildə tövsiyə edirik ki, daha çox şirniyyata yox, zülal və vitaminlərlə zəngin qidalara - meyvə və tərəvəzə üstünlük verilsin”.

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR