İngiltərənin "Mançester Siti" klubunun qadınlardan ibarət komandasının yamaykalı futbolçusu Kadice Şou irqçi təhqirlərə məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
28 yaşlı forvard İngiltərə Superliqasında "Arsenal"la keçirilən oyundan sonra xoşagəlməz halla üzləşib. Ona göndərilən mesajların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Qeyd edək ki, K.Şou 2023/2024 mövsümündə ilin oyunçusu mükafatına layiq görülüb. O, meydana çıxdığı 18 oyunda 21 qol (3 het-trik) və 3 məhsuldar ötürmə ilə Superliqanın bombardiri olub.