• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb

CƏMİYYƏT

07 Dekabr 2022 | 20:32 | Müəllif: Subhan Mahmudov

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən C.Şamiyev və B.Muradov saxlanılıblar.

Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR