• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Maşın nömrəsinin dəyişdirilməsi üçün rüsum artırılıb? - AÇIQLAMA

CƏMİYYƏT

22 Avqust 2023 | 15:28 | Müəllif: Subhan Mahmudov

Maşın nömrəsinin dəyişdirilməsi üçün rüsum artırılıb? - AÇIQLAMA

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsi üçün rüsumun artırılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, yayılmış məlumatlar bir sıra sürücülərdə çaşqınlıq yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev isə iddialarla bağlı Oxu.az-a açıqlamasında bunun yanlış məlumat olduğunu bildirib.

O qeyd edib ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 30 manatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026