• Bakı 18° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Qəzada ölən piyadanın kimliyi müəyyən edildi - VİDEO - YENİLƏNİB

HADİSƏ

11 Mart 2026 | 12:59

Qəzada ölən piyadanın kimliyi müəyyən edildi - VİDEO - YENİLƏNİB

Xızı rayonunda yol qəzasında ölən şəxsin kimliyi müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Polisin müraciətindən sonra mərhumun ailə üzvü əlaqə saxlayaraq onun şəxsiyyətini təsdiqləyib.

***

10:46

Fevral ayının 11-də saat 22:30-da Bakı–Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən təqribən 60–65 yaşlarında naməlum kişi cinsli piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlinin üzərində kiril əlifbası ilə “Süleyman” sözü yazılmış döymə olduğu müəyyən edilib. Həmin şəxsin əraziyə düşmüş kamera görüntüləri də mövcuddur.

Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətini tanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131,   +994 55 210 73 73 şəhər və mobil nömrələrinə, həmçinin 102 xidmətinə məlumat versinlər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026