• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Daha çox niyə ağ və qara rəngli maşınlar alırıq?

CƏMİYYƏT

15 Aprel 2025 | 13:53

Daha çox niyə ağ və qara rəngli maşınlar alırıq?

Son illər ölkədə ağ, qara və boz rəngli avtomobillərin sayı çoxalıb. Rəngli maşınlara isə çox nadir hallarda rəst gəlinir.

Maraqlıdır, bunun səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu gün ölkəmizdə istifadə olunan nəqliyyat vasitələrinin böyük bir hissəsi ağ və demək olar, tək rəngdə yəni, monoetnik rəng çalarındadır.

A.Əsədovun sözlərinə görə, bunun əsas səbəblərindən biri kimi ağ rəngin günəş şüalarını əks etdirmə xüsusiyyəti göstərilə bilər:

“Bildiyimiz kimi, Azərbaycan günəşli ölkədir və bu faktor avtomobillərin rəng seçiminə birbaşa təsir edir”.

Aslan Əsədov, nəqliyat məsələləri üzrə ekspert

Ekspert qeyd edib ki, avtomobilin rəngi təkcə texniki deyil, eyni zamanda estetik və psixoloji baxımdan da önəmlidir. Dediyinə görə, rəng seçimi nəqliyyat vasitəsinin görünüşünə, vizual təsirinə və bəzən də sürücünün davranışlarına təsir göstərir. A.Əsədov nəzərə çatdırıb ki, insanların avtomobil seçərkən nəzərə aldığı əsas məqamlardan biri də məhz onun rəngidir:

“Xarici avtomobillərdə - xüsusilə də premium və ya “inomarka” adlandırdığımız markalarda - rəng seçimi daha genişdir. Qara, boz, göy, qırmızı kimi rəng çalarları bazar ehtiyaclarına uyğun olaraq təklif olunur. Amma estetik baxımdan avtomobillərin rəngarəng olması həm şəhər görüntüsünə, həm də fərdi zövqlərə daha uyğun olar”.

Müsahibimiz vurğulayıb ki, tək rəngə üstünlük verilməsi vizual monotonluq yaradır və bu da bəzi hallarda şəhər dizaynına və ümumi görüntüyə mənfi təsir edə bilər.

“Qısası, hərçənd ki, ağ rəng texniki və iqlim baxımından sərfəlidir, lakin estetik və fərqlilik baxımından avtomobillərin daha rəngarəng olması şəhər mühitinə də müsbət təsir göstərərdi”,- deyə Aslan Əsədov əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Aprel 2025